Polad Həşimovun qızı “Brend tələbə” oldu – FOTO

Polad Həşimovun qızı “Brend tələbə” oldu – FOTO

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılmasına start verilib.

TEMPİNFO xəbər verir ki, bu gün AzEdu.az və Azərbaycan Tibb Universitetinin (ATU) təşkilatçılığı ilə ATU-da təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Azərbaycan Tibb Universitetinin “Brend tələbə”lərindən biri də general Polad Həşimovun qızı Aybəniz Həşimovadır.

AzEdu.az Təhsil Portalı tərəfindən Aybəniz Həşimovaya mükafatı tədqim edilib.

Qeyd edək ki, o, Azərbaycan Tibb Universiteti I Müalicə- profilaktika fakültəsinin III kurs tələbəsidir.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37