Polis seçkilər zamanı gücləndirilmiş rejimdə işləyəcək – Nazir müavini

Polis seçkilər zamanı gücləndirilmiş rejimdə işləyəcək – Nazir müavini

“Seçkilər zamanı qanunsuz aksiyaların, ictimai asayişin pozulması hallarının qarşısının alınması üçün bütün tədbirlər görüləcək”.

Modern.az xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Oqtay Kərimov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

“Polis seçkilərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Polisin fəaliyyəti ilə bağlı qaldırılan bütün məsələlər dərhal öz həllini tapacaq. Polis orqanlarına daxil olmuş müraciətlər təxirə salınmadan cavablandırılacaq. Seçki bitəndən sonra bülletenlər və seçki protokolları polisin müşayiəti ilə aparılacaq”,- deyə nazir müavini qeyd edib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37