Portuqaliya – Azərbaycan oyununun hakimləri açıqlanıb

Portuqaliya – Azərbaycan oyununun hakimləri açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının I pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi cavab oyununun hakim təyinatları açıqlanıb.

TEMPİNFO xəbər verir ki, oktyabrın 29-da Vizela şəhərində baş tutacaq görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcəklər.

 

Baş hakim Şona Şukrulaya Martina Bur və Eşli de Haan kömək edəcəklər. Culia van Es dördüncü hakim, Yohem Kampхheys və Edvin van de Qraf isə VAR hakimi funksiyasını yerinə yetirəcəklər.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37