Prezident bu generalı rütbəsindən məhrum etdi – FOTO

Prezident bu generalı rütbəsindən məhrum etdi – FOTO

Ədliyyə general-mayoru Tofiq Etibar oğlu Həsənov ali xüsusi rütbəsindən məhrum edilib.

TEMPİNFO xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənəddə deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Tofiq Etibar oğlu Həsənovun ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatını əsas götürərək qərara alıram:

Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilsin”.

Qeyd edək ki, Tofiq Həsənov Naxçıvan Penitensiar Xidmətinin rəisi olub.

 

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37