Prezident Pezeşkian Xameneini İsrailə qisas hücumundan çəkindirib
- DÜNYASON XƏBƏR
- 08.08.2024 14:15
ABŞ hələ də İrandan müəyyən reaksiya gözləyir, lakin ölkə ilkin cavab planına yenidən baxdığından Tehranın yaxın gələcəkdə İsrailə hücum edəcəyinə inanmır.
Ölkə.Az xəbər verir ki, bu barədə “Politico” qəzeti Amerika rəsmilərinə istinadən yazı”ABŞ administrasiyasının iki yüksək vəzifəli rəsmisinin sözlərinə görə, Vaşinqton Tehrana xəbərdarlıq edib ki, genişmiqyaslı hücum yalnız gərginliyi artıracaq və iki tərəf arasında birbaşa qarşıdurma riski yaradacaq. Bu baxımdan ABŞ İranı genişmiqyaslı əməliyyata başlamamağa çağırıb. Rəsmilərin fikrincə, İran əvvəlcə rədd etsə də, amma zaman keçdikcə Amerika tərəfinin mövqeyi ilə razılaşırlar”, -nəşr qeyd edib.
“Iran International”ın məlumatına görə, İranın yeni prezidenti Məsud Pezeşkian İranın ali lideri Ayətullah Xameneini qisas hücumundan çəkinməyə çağırıb və bildirib ki, bunun İran üçün ağır nəticələri ola bilər.