Prezidentə məruzə edən general Sultanov kimdir? – DOSYE

Prezidentə məruzə edən general Sultanov kimdir? – DOSYE

Qazax rayonunun nəzarətə götürülən Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağı ucaldılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) həbçiləri Qazaxın kəndlərindən Prezident İlham Əliyevə məruzə edib.

TEMPİNFO-nun məlumatına görə, Prezidentə məruzə edən hərbçimiz DSX Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi general-mayor Vüsal Sultanovdur.

Vüsal Sultanov Şabran rayonunda anadan olub. Vətən müharibəsinin iştirakçısı olan hərbçimiz 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə “Vətən Müharibəsi Qəhrəmanı” medal, 24 dekabr 2020-ci ildə isə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

O, müharibə zamanı Əmirvarlı döyüşlərinə rəhbərlik edib. Vətən müharibəsi dövründə polkovnik rütbəsi daşıyan Sultanov 2021-ci ilin iyulun 17-də Çevik Hərəkət Qüvvələri Komandanının birinci müavini – qərargah rəisi təyin edilib. Ona 2022-ci ilin avqust ayında “general-mayor” ali hərbi rütbəsi verilib.

2023-cü ilin iyun ayında isə DSX-də Baş Qərargahın Dövlət Sərhədinin Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsinə gətirilib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37