Protokol: “Bravo” istehlakçıları az miqdarda aldadıb

Protokol: “Bravo” istehlakçıları az miqdarda aldadıb

“Azərbaycan Supermarket” MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokol İnzibati Xətalar Məclləsinin 447.0.1-ci (İstehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın icraatındadır.

Qeyd: MMC “Bravo” əmtəə nişanının sahibidir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37