Putin İlham Əliyev və Paşinyanla Zəngəzur dəhlizindən DANIŞDI

Putin İlham Əliyev və Paşinyanla Zəngəzur dəhlizindən DANIŞDI

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Kreml sarayında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüş keçirib. Görüş MDB Dövlət Başçıları Şurasının Moskvada keçirilən iclası fonunda baş tutub.

Məlumata görə, Kremlin mətbuat katibi Dmitri Peskov görüşlə bağlı mühüm məqamları açıqlayıb

O qeyd edib ki, Rusiya Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə görüşlərində Zəngəzur dəhlizi mövzusu müzakirə olunub.

“Yəqin ki, Putinin Əliyev və Paşinyanla danışıqları zamanı Zəngəzur dəhlizi mövzusuna toxunulub”, – Kremlin sözçüsü bildirib.

Xatırladaq ki, Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov liderlər arasında üçtərəfli görüşün planlaşdırılmadığını bildirib. “Xeyr, biz üçtərəfli görüşlə bağlı razılığa gəlməmişik”, – o, müvafiq sualı cavablandırıb. “Belə bir fikir var idi, lakin bəziləri tərəfindən dəstəklənməyib”. Uşakovun sözlərinə görə, Rusiya bu formata etiraz etməyib. /modern.az

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37