Putinin varisi Dyumin: Sergey Markovdan şok açıqlama

Putinin varisi Dyumin: Sergey Markovdan şok açıqlama

Tula vilayətinin keçmiş qubernatoru Aleksey Dyuminin Rusiya Dövlət Şurasının katibi təyin edilməsi, onun hazırkı dövlət başçısı Vladimir Putinin seçimi ilə ölkənin gələcək prezidenti olacağının təsdiqi ola bilər

Ölkə.Az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Rusiya elitası Dyuminin Dövlət Şurasının katibi təyin edilməsindən həyəcanlanır. Bu, Putinin seçimi ilə Dyuminin Rusiyanın gələcək prezidenti olmasının təsdiqi hesab olunur. Bu cür söz-söhbətlər uzun müddətdir ki, davam edir. Dyumin Putinin mühafizəçilərindən və xüsusi xidmət əməkdaşlarındandır”, – deyə Markov yazıb.

Politoloq qeyd edib ki, Dyumin Tula vilayətinin rəhbəri kimi də çox yaxşı çıxış edib. Dövlət Şurasının katibi kimi, o, federal səviyyədə Rusiyanın əsas elitasına nəzarət edəcək.

“Əsas odur ki, bu gün çoxları Putinin Dyumini Rusiyanın gələcək prezidenti kimi gördüyü qənaətini gücləndirib”, – deyə Markov yekunlaşdırıb.

Bundan əvvəl Rusiya prezidenti Aleksey Dyuminin Rusiya Federasiyası Dövlət Şurasının katibi təyin edilməsi haqqında fərman imzalayıb. O, yenilənmiş hökumətdə dövlət başçısının köməkçisi vəzifəsində çalışıb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37