“Qadının ki əlindən iş gəlmədi, o kimə lazımdır?”

“Qadının ki əlindən iş gəlmədi, o kimə lazımdır?”

Əməkdar artist Ruhəngiz Allahverdiyeva “Elit star” ləqəbi ilə məşhurlaşan həmkarı Cəmilə İsgəndərovanın “Ruhəngiz Bakılı balasıdır. Verilişdə ona şərait yaradın, gəlsin dovğa bişirsin. Mahnı oxumağın isə “daşını atsın”” sözlərinə cavab verib.

TEMPİNFO bildirir ki, Rühəngiz bu haqda qonaq olduğu “Elgizlə izlə” verilişində danışıb.

“Qadının ki, əlindən iş gəlmədi, o qadın kimə lazımdır? Evdə kişi yemək bişirməlidir?! Kişi aşpaz ola bilər, amma ona evdə qulluq edən xanım olmalıdır. Mən əqrəb bürcündənəm. Şeirlər yazıram. Düzdür, mən şair deyiləm.

Bu sözümə görə isə böyük şairlərin yanında mən qələt edirəm. Qələt, yəni səhv deməkdir. Bu sözün mənası budur. Modelyerlik edirəm, saç düzümləri edirəm. Mahnı oxuyuram, özü də bütün janrlarda. Əl işlərim var, yemək bişirmək qabiliyyətim də göz önündə. Evimdəki kişimə də hörmət edirəm, hörmətini saxlayıram. Yerimi bilirəmsə mənə daha nə lazımdır?”, – deyə Əməkdar artist bildirib.

Bu anda proqramın canlı yayımına Cəmilə zəng edib. İsgəndərova sözügedən məsələ ilə bağlı fikirlərini belə nəql edib:

“Mən deyirəm ki, bu ölkədə üç gözəl oxuyan müğənni var – Aygün Kazımova, Röya Ayxan və mən, “Elit star” Cəmilə İsgəndərova. Bizdən başqa müğənni yoxdur. Mən “TikTok” video platformasında hazırda “trenddəyəm”. Mən Ruhəngiz Allahverdiyeva haqda söylədiyim sözləri danmıram. Sizin verilişinizdə gözəl şərait var. Gətirin, ora bir dənə gözəl qab- qacaq qoyun.

Yoxdursa, mən göndərim sizin üçün… O qız Bakılı qızıdır və gözəl əl qabiliyyəti var. Gəlsin verilişinizdə bir gün dovğa bişirsin, digər gün quymaq çalsın, camaatı yığsın başına. Sizin verilişinizdə bir şou etmək lazımdır. Amma oxumasın”.

Cəmilənin bu sözlərinə Ruhəngiz əsəbdən gülərək belə cavab verib:

“Əzizim, siz mənim oxuduğum bir mahnının yanından heç yeriyərək keçə bilməzsiniz”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37