“Qadınlar dərin düşüncə tələb edən sahədə bəşər səviyyəli şəxsiyyət ola bilməz”

“Qadınlar dərin düşüncə tələb edən sahədə bəşər səviyyəli şəxsiyyət ola bilməz”

“1980-ci illərin sonunda şahmat üzrə dünya çempionu həmyerlimiz Kasparov “Şpigel” jurnalına müsahibə verərək demişdi ki, intellektual baxımdan qadınlar heç vaxt kişilərə bərabər ola bilməz. İndi də eyni fikirləri xeyli yumşaq formada bir nömrəli şahmatçımız Şəhriyar Məmmədyarov söylədi. Əslində, yeni bir şey demirlər. Elmi həqiqəti söyləyirlər”.

TEMPİNFO xəbər verir ki, bunu ekspert Əkrəm Həsənov deyib.

Ə.Həsənovun fikrincə, qadınlar nədəsə üstün ola bilər, hətta dövlət başçısı da ola bilər, amma dərin düşüncə tələb edən sahədə bəşər səviyyəli şəxsiyyət ola bilməz: “Feminizmin tüğyan etdiyi son yüzillikdə ən tanınmış qadınlar arasında müğənni, aktrisa, model var, amma alim, bəstəkar, rəssam yoxdur. Bu, intellekt fərqinin nəticəsidir. Bu dünyada qurucu və yaradıcı kişilərdir. Qadınlar isə istehlakçıdır. İstehlak etmək də onların haqqıdır. Çünki onların bacardığı bir vacib şeyi də kişilər bacarmır – doğmağı! Kişilər gənc və gözəl qadınları sevir. Buna görə də qadınlar da gənc və gözəl olduqları dövrdə kişilərdən maksimum faydalanmaq, istehlak etmək istəyirlər. Bunun üçün isə dərin zəka lazım deyil. Odur ki, dünyada hər şeyin, hər kəsin öz yeri, öz rolu var…”

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37