Qalmaqallı həkimə töhmət verilib? – Naməlum zəng və AÇIQLAMA

Qalmaqallı həkimə töhmət verilib? – Naməlum zəng və AÇIQLAMA

Xəbər verdiyimiz kimi, mətbuatda Sumqayıt şəhər “Liman” klinikasının həkimi Əfqan Ağagülov haqqında şikayət dərc olunub. Həkimin əməliyyat etməsindən sonra xəstə Nuridə İsmayıl qızı Zülfüqarovanın gözündə çəpləşmə yarandığı bildirilir.

Ölkə.Az müzakirələrə səbəb olan şikayətlə bağlı ittiham edilən otorinolarinqoloq Əfqan Ağagülovla əlaqə saxlayıb.

Qadını şikəst qoyan həkim: DTX kimdir ki? – VİDEO

Həkim saytımıza açıqlamasında barəsindəki ittihamları qəbul etmədiyini deyib. Ə.Ağagülov qarşı tərəfin ondan 3 min manat pul tələb etdiyini və ona hücum etdiyini söyləyib:

“Xəstənin ağırlıq dərəcəsi kəskin olub və o əməliyyat olunub. Bu, əməliyyatın ağırlaşması deyil, xəstəliyin ağırlaşmasıdır. Xəstə uzun müddətdir revmatoloqun və allerqoloqun müalicəsindədir. Digər tərəfdən xəstəyə təklif elədim ki, gəl, müalicə olun. Ailə üzvləri xəstəni qaçırdırlar, məndən də pul tələb edirlər. Buna görə də biz baş prokurorluğa müraciət etmişik. Kameraların qaşrısında həkimə hücum, zərbə vurmaq, hamısı qeydə alınıb. Bu işlə hüquq-mühafizə orqanları məşğul olacaq.

Yazılmış dərmanları qəbul etməyən xəstə necə sağala bilər?! Onlar yenə də tibbi sığortaya müraciət etməli, sığorta göndəriş verməlidir. Ondan sonra biz də əməliyyatımızı edərik. Sığortadan göndəriş olmasa, biz onu əməliyyat edə bilmərik”.

Həkim ona klinika rəhbərliyi tərəfindən töhmət verilib verilməməsinə gəlincə isə bildirib ki, bu barədə ancaq xəstəxana məlumat verə bilər.

Müzakirlərə səbəb olan hadisə ilə bağlı “Liman” klinikasının rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı. Əvvəlcə zəngələrə cavab verən klinika əməkdaşları müxtəlif vaxtalarda klinika rəhbərliyinin iclasda olduğunu dedilər.

Daha sonra isə dəstəyi götürən resepşn əməkdaşı da bu barədə hər hansı bir açıqlama verməyə ixtiyarı olmadığını bildirdi.

Rəhbərliklə danışmaq istədiyimizi desək də, xanım əməkdaş israrla bunun mümkün olmayacağını söylədi.

Qeyd olundu ki, yalnız Baş Prokurorluğa müraciət edərək informasiya almaq mümkündür.

Baş verən hadisə ictimai maraq doğurduğundan Ölkə.Az vəziyyətin gedişatı haqqında rəsmi məlumat almaq üçün Baş prokurorluğa da sorğu ünvanlayıb.

Onu da qeyd edək ki, hadisənin üzərindən 24 saat keçməsinə baxmayaraq “Liman” klinikasının sosial şəbəkə səhifələrində ittihamlarla bağlı hər hansı bir açıqlama yayımlanmayıb.

P.S.: Xəbər saytımızda dərc olunduqdan sonra redaksiyaya naməlum zəng daxil olub və həmin şəxs özünü təqdim etmədən tibb mütəxəssisinin “yaxşı həkim” olduğunu bildirib. Məsələ qeyri-müəyyən olaraq qalır.

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37