“Qarabağ” razı olmasa, bütün məlumatları yayacağıq” – Lunyovun agentindən şok sözlər

“Qarabağ” razı olmasa, bütün məlumatları yayacağıq” – Lunyovun agentindən şok sözlər

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun keçmiş agenti Anton Smirnov Rusiya mediasına qalmaqallı açıqlamalar verib.

Sportliqa.az xəbər verir ki, Smirnov Lunyovla əməkdaşlığı dayandırması barədə söz açıb:

“Əməkdaşlığımızı dayandırmaqla bağlı mənə səsli mesaj yolladı. Mesaj 1 dəqiqə 50 saniyə idi. Bu formatda vidalaşmaq mənim üçün bir az təəccüblü oldu, demək olar ki, 3,5 ildir birlikdə çox şeylər yaşadıq. Və bu faktın özü bir növ ehtiram və hörmətə layiq idi. Mən ,ümumiyyətlə, heç bir cavab vermədim. Bu müddət ərzində Andrey mənim üçün yaxın adam olsa da, ayrılıq gözlənilən idi”.

Keçən ili xatırlaya bilərsiniz – Andrey heç kimə lazım olmayanda münasibətlərimiz artıq kifayət qədər soyuq və gərgin idi. 2023-cü ilin yayında “Bayer 04” ilə müqavilə müddəti başa çatdıqda, Andreyin yeni kluba keçmək üçün seçimi yox idi. Amma Lunyovdan onun davranışından, hərəkətindən, sözlərindən daxili narazılığıma baxmayaraq, mən öz işimi görməkdə davam edirdim. Bu, peşəkar bir münasibətdir, hər şeyi məntiqi nəticəsinə baxmadan tərk edə bilməzsiniz. Bu da “Qarabağ”la müqavilə imzalanması ilə nəticələndi. Müqavilə avqustun sonunda bağlanıb və təkliflə başqa real variantlar ,ümumiyyətlə, yox idi. Rusiya klubları – “Rubin”, “Baltika”, “Dinamo” və Türkiyə klubları haqda çox danışıldı, amma heç birindən təklif gəlmədi. Andrey bildirdi ki, “Rusiya məni maraqlandırmır, şərtləri bəyənmirəm. Avropada seçimlər axtaracağam”. Amma təklif yox idi. Avqustun əvvəlində isə mən təşəbbüs göstərdim, “Qarabağ”ın nümayəndələri ilə əlaqə saxladım və baş məşqçi Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanova zəng vurub, Lunyovun xidmətini təklif etdim”.

Smirnov “Qarabağ”ı seçmələrindən danışıb:

“2023-cü ilin qışında Andreyin “Bayer 04″lə müqaviləsinin bitməsinə hələ altı ay qalarkən, “Qarabağ” rəhbərliyi onunla maraqlanıb və icarəyə götürmək istəyib. Təklifi gördüm. Azərbaycan klubundan “Bayer”ə konkret şərtlər olmadan müraciət olub. Həmin vaxt Lunyov sağlam idi və almanlar onu buraxmadılar. “Bayer 04” heç vaxt Andreyi vermək istəmirdi. Lakin yanvar ayında o, kürəyindən zədə almışdı, vəziyyəti o qədər də müəyyənləşməmişdi və onun müalicəsinin nə qədər davam edəcəyi bəlli deyildi. Almaniyada cərrahlara müraciət etdik, Rusiyada həkimlərlə məsləhətləşdik, səbəbləri öyrəndik. Və həmin mərhələdə “Bayer 04” bildirdi ki, “İndi sağalsan, səni buraxacağıq, çünki başqa qapıçı almağa qərar vermişik”. Aydındır ki, onlar artıq Andreyə ehtiyac duymurdular, lakin zədə səbəbindən “Qarabağ”a keçidə qayıtmaq mümkün deyildi. Amma mən klubu izlədim və gördüm ki, onların qapıçısı Şahruddin Məhəmməddəliyevin əsas səhvləri Çempionlar Liqasının qrup mərhələsinə düşməsinə səbəb olub. Bu seçim Andreyi xüsusilə cəlb etmədi. Amma heç bir variant yox idi və mən dedim ki, çalışaq. Elə bir məqama çatdıq ki, klub qapıçını dəyişməli olduqlarını anladı.

O vaxt “Qarabağ”ın ,ümumiyyətlə, maraqlanması vacib idi. Andrey variantdan qorxdu, çünki Şahruddin onun yaxın dostu idi, eyni məşqçinin tələbələri idilər. Bəlkə də dostu ilə rəqabətdən qorxurdu, utanacağını düşünürdü. Amma mən onu inandırdım ki, biz seçimlərimizi boşa verə bilmərik. Və bu klub ardıcıl 10 il avrokubokların qrup mərhələsində çıxış edib. Nəticədə, gələn zaman Şahruddin komandada qaldı, amma özü də Lunyovla rəqabət aparmağın mənası olmadığını başa düşürdü. Nəticədə o, “Adana Dəmirspor”a keçdi. Daha sonra Andrey zehni olaraq sakitləşdi.

Əvvəlcə “Qarabağ”ın bir illik müqavilə imzalamayacağı müzakirə olunurdu. Onlar gələcəyi görmək və gələcəkdə kimə arxalanacağını anlamaq istəyirdilər. Düşündülər ki, o, ili normal keçirsə, müqaviləni uzatmaq variantımız olsun. Maliyyə vəziyyəti acınacaqlı idi – 200 min dollar, bu qədər. Bu məbləği Azərbaycan mətbuatı da təsdiqləyib. Amma müzakirə olunub ki, əgər hər şey qaydasına düşsə, dekabrda şərtlərə yenidən baxılacaq və təkmilləşdirilmiş şərtlərlə müqavilənin uzadılması təklif olunacaq. Bu şərtlərin çox aşağı olduğunu hər kəs mükəmməl başa düşürdü”.

Smirnov Rusiya millisinin qapıçısının müqavilə müddətinin uzadılıb-uzadılmamasındn da bəhs edib:

“Andreyin “Qarabağ”da oynamasını ondan çox istəyirdim. “Qarabağ”la bütün şərtləri razılaşdırıb, Bakı hava limanında görüşəndə ilk olaraq Lunyovdan eşitdim: “Mən “Qarabağ”la bu şərtlərlə müqavilə bağlamayacam, uzadılma variantı məni qane etmir, şərtlər artıq hazırdır. Gülüncdür, amma mən də vəziyyətin girovuna çevrilə bilərəm”. Baxmayaraq ki, o vaxt tibbi müayinədən keçmək və imza atmaq qalırdı. Mənim vəziyyətimi təsəvvür edin. Otelə gəldik, gecəyə 5 saat qalmışdı, Lunyovla müqavilənin onun maraqlarına necə uyğun gəldiyi barədə çox çətin söhbətimiz oldu”.

Agent 32 yaşlı qapıçının transferlərindən əldə etdiyi gəliri açıqlayıb:

“Andreyin transferlərindən təxminən 3 milyon rubl qazandım. Andrey “Zenit”dən ayrılanda azad agent idi, ümumi komissiyası 300 min avro idi. O, “Bayer 04” tərəfindən alman menecerinə qeydə alınıb. Sövdələşmədə 3 tərəf iştirak edirdi: alman agent Günter Neuhaus, ukraynalı menecer və biz. Adətən, futbolçunun agentləri komissiyanın 50 faizini tələb edirlər, amma biz komissiyamızın bir hissəsini ukraynalı agentə verdik. Ümumi məbləğimiz 108 min avro idi ki, bu da hər mövsümdən əvvəl iki hissəyə bölünürdü. Pul rəsmi olaraq mənim şirkətimin hesabına ixrac əməliyyatı kimi daxil oldu və mən ondan vergi ödədim. 108 min mənim, Denis Sarsania və üçüncü tərəfdaş arasında bölündü”.

Futbol adamı qapıçının “Qarabağ”a keçidi zamanı agentlik haqları barədə bunu söyləyib:

“Qarabağ” agent haqqı ödəmir. Bu pul orda artım kimi yazılıb. Siz bu məbləğin 50 faizini Azərbaycan tərəfinə verməlisiniz, bu onların şərtidir, bu barədə sonra daha ətraflı danışacağam. Bu rəqəm yarıya bölünən 50 min dollar idi. Bizim 25-imiz yenə üçə bölündü.

Bu yaxınlarda saydım. Ümumilikdə, rublun məzənnəsinə çevrildikdə, 3,5 il ərzində 3 milyon rubl kimi bir şey aldım. Ancaq “Zenit” azarkeşləri hələ də məni qəsbkar adlandırırlar. Amma Lunyov “Zenit”də qalsaydı, mən daha çox qazanacaqdım”.

Smirnov “Qarabağ” barədə danışıb və təcrübəli qapıçının Ağdam klubunda bir çox şeyi bəyənmədiyini sözlərinə əlavə edib:

“O, “Qarabağ”ı müəyyən səviyyəyə qayıdış kimi qiymətləndirdi və gələcəkdə bu klubla gələcəyini heç bir şəkildə bağlamadı. “Qarabağ” vasitəsilə daha ciddi komandaya keçmək istəyirdi. Birincisi, məşq prosesini bəyənmədi. “Qarabağ”ın qapıçı məşqçisi olduqca zəifdir və mən də razıyam. Bizimlə danışıq aparan klub nümayəndələri də bununla razılaşırdılar. Komandada qapıçı hazırlığı işi yoxdur. Qışdan sonra Andrey bir az inamsız görünürdü, çünki qapıçılarla məşqlərin keyfiyyəti olduqca aşağıdır. Lunyov “Qarabağ”da ilk altı ay inamlı çıxış etdi və bunda da “alman baqajı”nın rolu oldu.

İkinci məsələ isə, komandada ağır nizam-intizam var. Klub dindarlarla doludur, baş məşqçi Qurban Qurbanov da çox dindar adamdır. 19.00-da məşq olur və 13:00-da hamı bazada olmalıdır. Futbolçuların heç biri, hətta müsəlmanlar belə bunu bəyənmirlər. Bu, təzyiqli atmosferdir. Baza kiçik və seyrəkdir – stadion, məşq meydançası və futbolçuların yaşadığı kompleks. Orada nə iş var, nə də gedəcək yer. Beləliklə, hər gün futbolçular praktiki olaraq ailələrini görmürlər. Bu da psixoloji cəhətdən çətindir.

Üçüncüsü isə, çempionatın səviyyəsi kifayət qədər orta səviyyədədir. Düşündüyümüz qədər zəif olmasa da, ətraf və tamaşaçı marağı eyni səviyyədə deyil. Avrokuboklara 30 min, çempionat matçlarına isə 1000 adam toplaşır. Yanvarda “Qarabağ”ın agenti Tural Əsgərov vasitəsilə yaxşılaşdırılmış şərtlərlə müqavilə müddətinin bir neçə il müddətinə uzadılması təklifi irəli sürüldü. Mən də çox çətin vəziyyətdə qaldım, çünki Andrey yuxarıda qeyd etdiyimiz kimi, narazı idi və qalmaq istəmirdi. Bu barədə klub rəhbərliyinə deyə bilməzdim, çünki bu, Andreyin komandadakı vəziyyətini pisləşdirəcəkdi”.

Smirnov sözlərinə belə davam edib:

“400 min avro? Rəqəmlərin adını çəkmək istəmirəm. Andrey də bu təklifdən razı deyildi. Turalla bağlı bir-iki kəlmə – baş məşqçinin qardaşı Musa Qurbanov bizi ona yönəltdi və dedi ki, bu, onun ortağıdır. Tural yanvar ayında mənə müqaviləni uzatmaq üçün təklifi göndərdi, mən onu Andreyə çatdırdım. Cavab verdi ki, “Yox, razı deyiləm”.

Apreldə “Azerisport”da Andreyin maaşının 3 dəfə artırılmasını istəməsi ilə bağlı məlumat yayılmışdı. Məntiqlə ehtimal etmək olar ki, sözügedən rəqəm bu idi. Biz bilirdik ki, bir sıra futbolçuların qazancı belədir. Avropa Liqasındakı çıxışı gördük, başa düşdük ki, klub əsasən Andreyin sayəsində layiqli pul qazanıb. Onun əsas seyvləri olmasaydı, xüsusən də səfərdə “Molde” ilə oyunda, biz qrupdan belə çıxa bilməzdik. Adamın 32 yaşı var, bəlkə də onun son yaxşı müqaviləsi olacaq. Azərbaycan tərəfi bizim əks təklifimizdən son dərəcə narazı qaldı. Bizə dedilər: “Siz əslində Qarabağ təklifi üzərində düşünməlisiniz, bu, daha layiqli təklifdir və bu qədər sərt cavab verməməlisiniz”. Tural bizə danışıq aparmağı öyrətməyə başladı. Mən onu başa saldım ki, müəyyən xətləri keçib. Nəticədə Tural birbaşa Andreyə zəng edərək onunla və Musa Qurbanovla görüş istəyib. Andrey razılaşıb, baxmayaraq ki, fikrimcə, bunu etməməli idi. Görüşdə Andrey mənim səlahiyyətimi təsdiqləyib və razılaşdı ki, bundan sonra bütün danışıqları Musa Qurbanov ilə aparacağam, Tural Əsgərovla yox. Musaya əks cavab verdim, ondan sonra klub bir neçə ay heç bir cavab vermədən yoxa çıxdı. Artıq aprel ayında mətbuatda qəfildən 600 min avro haqqında məlumat çıxdı”.

Smirnov Lunyovla əməkdaşlığının dayandırılmasında “Qarabağ”ın rolunun olduğunu söyləyib:

“Baş məşqçi Qurban Qurbanov birbaşa Andreyə dedi ki, Smirnovla danışıq aparmayacağıq. Həm də ona görə ki, mən “Azerisport” nəşrinə Lunyovun mövqeyini səsləndirmişəm. Hər sözü onunla razılaşdırmışdım. Ancaq bu gün, bu müsahibə zamanı, eyni portalda xəbərlər çıxdı: Lunyov “2+1” sxemi ilə müqavilənin uzadılması şərtlərini razılaşdırdı. Üzr istəyirəm, hansı danışıqlar proseslərinin nəticəsi olaraq şərtləri razılaşdırdı? Odu öz üzərimə götürdüm, Andrey isə meyvələri biçdi”.

Agent “Qarabağ”ın ona böhtan atdığını bildirərək klubu sərt şəkildə ittiham edib:

“Artıq mənə böhtan atıldığı üçün həqiqəti danışmaq istəyirəm. Mənim fikrimcə, “Qarabağ” Qurban və Musa Qurbanov qardaşlarının ailə biznesidir. Musa klubda qaranlıq fiqurdur. Bu mənim faktlara əsaslanan fərziyyəmdir. Agent komissiyasının yarısı Musa ilə ortağı olan Turalın cibinə gedir. Klub agent komissiyası ödəmir, lakin bütün gələn və gedən transferlər bu qrup vasitəsilə həyata keçirilir. Azərbaycan azarkeşlərinin bunu bilməsi vacibdir, idman komponenti bəzi şəxslərin bunu ailə biznesinə çevirmək istəyini ört-basdır edə bilməz. Azərbaycan Prezidenti İlham Əliyev belə şeylərə diqqət yetirməlidir. O vaxtlar çempion olan “Xəzər-Lənkəran” klubu bu səbəblərdən bağlandı.

Əlavə olaraq, daha bir mühüm məqamı qeyd etmək istəyirəm — mükafatlandırmada da eyni vəziyyətdir. Bütün ödənişlər nəğd şəkildə, zərflərdə verilir. Nəyə görə və necə olduğu aydın deyil.. Komandada mükafat ödənişləri ilə bağlı daimi münaqişələr olur. Danışıqlar zamanı biz mükafatların yazılı şəkildə göstərilməsini istədik ki, nə qədər və nə üçün ödənildiyi aydın olsun. Bizə qəti şəkildə yox cavabı verdilər. Sözlərimi Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına müraciət kimi qəbul etməyinizi xahiş edirəm. Yeri gəlmişkən, Andrey hər zaman bu mövqeyi özü yayırdı — əgər “Qarabağ” məni buraxmağa razı olmasa, o zaman bütün bu məlumatları yayımlayacağıq, çünki “Qarabağ” mətbuatdan çox qorxur”.

Futbol agenti yekunda keçmiş müştərisinə təşəkkür edib:

“Bu müddət üçün Andreyə minnətdaram. Mən bu insana sədaqətlə xidmət etdim, bütün funksiyaları səmərəli və peşəkarlıqla yerinə yetirdim. Bu işin nəticəsində idman baxımından 2 böyük transfer oldu – “Bayer” və “Qarabağ”. Hər halda, Andreyə bu iş üçün təşəkkür etmək istərdim. Mənim üçün Lunyov həmişə kiçik qardaş kimi olub. O, mənsiz daha yaxşı olarsa, onun üçün xoşbəxt olacağam”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37