Qarabağ Universiteti müəllim axtarır: İyulun 7-dək vaxt var

Qarabağ Universiteti müəllim axtarır: İyulun 7-dək vaxt var

Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunub.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Qarabağ Universitetində musiqişünaslıq, piano, violin, klarnet, saksofon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri; xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib. Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) müəllim” yazmaqla karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə son müraciət tarixi iyulun 7-dir.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37