“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşib.

TEMPİNFO xəbər verir ki, Qurban Qurbanovun yetirmələrinin qarşılaşacağı komanda I təsnifat mərhələsinin Cəbəllütariqdəki cavab oyununda bəlli olub.

“Linkoln” Malta təmsilçisi “Hamrun Spartans”ı qəbul edub. Səfərdə 1:0 hesabı ilə qalib gələn Cəbəllütariq klubu öz meydanında eyni hesabla uduzub. Yekunda qalib penaIti seriyasında müəyyənləşib. Daha dəqiq olan “Linkoln” “Qarabağ”ın rəqibi olacaq.

Qeyd edək ki, “Qarabağ”la “Linkoln” ötən mövsümdə turnirin 1-ci təsnifat mərhələsində qarşılaşıb və çempionumuz hər iki oyunda qaələbə qazanıb (2:1, 4:0). II təsnifat mərhələsinin matçları iyulun 23-24-də və 30-31-də keçiriləcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
16 iyul
20:00. “Linkoln” – “Hamrun Spartans” – 0:1, pen. 5:4

İlk oyun – 1:0

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37