“Qarabağ”ın futbolçusunu “Beşiktaş” 4 milyon avroya aparır?

“Qarabağ”ın futbolçusunu “Beşiktaş” 4 milyon avroya aparır?

“Qarabağ”ın futbolçusu Leandro Andrade karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

TEMPİNFO xəbər verir ki, “Beşiktaş” kabo-verdeli yarımmüdafiəçini bu yay heyətinə qatmağa qərar verib.

Türkiyə klubunun yeni baş məşqçisi Covanni van Bronkhorst Andrade ilə müqavilə bağlanmasını istəyib. “Beşiktaş”ın nümayəndələri 24 yaşlı futbolçunun agenti ilə danışıqlarda irəliləyişə nail olub.

“Qarabağ” Leandronun gedişinin əleyhinədir. Ağdam klubu onun transferi ilə bağlı danışıqlar aparmaq da istəmir.

Bu üzdən də “Beşiktaş” futbolçunun müqaviləsindəki sərbəstqalma bəndindən yararlanmağı planlaşdırır. Anlaşmadakı bəndə görə Leandro 4 milyon avro qarşılığında komandadan gedə bilər.

Qeyd edək ki, Andradenin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37