“Qarabağ”ın “Viktoriya” sınağı

“Qarabağ”ın “Viktoriya” sınağı

Azərbaycan çempionu “Qarabağ” Avstriya hazırlığını davam etdirir.

TEMPİNFO xəbər verir ki, Qurban Qurbanovun yetirmələri bu gün iki matça çıxacaq.

Günün ikinci sınağında Ağdam təmsilçisinin rəqibi “Viktoriya” olacaq. Plzen klubu ilə qarşılaşma “Vestendorf”da baş tutacaq.

Qeyd edək ki, “Qarabağ” ilk yoxlama oyununda Almaniya “Kayzerslautern”i ilə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub.

Yoxlama oyunu
9 iyul
20:00. “Viktoriya” (Plzen) – “Qarabağ”

“Vestendorf”

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37