Qarayara xəstəliyinə necə yoluxa bilərik? – HƏKİM AÇIQLADI

Qarayara xəstəliyinə necə yoluxa bilərik? – HƏKİM AÇIQLADI

“Qarayara xəstəliyi xüsusi qarayara bakteriyaları tərəfindən törədilir. Biz buna basillus, antrasis deyirik”.

TEMPİNFO xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında infeksionist hepatoloq Mərdan Əliyev deyib.

Onun sözlərinə görə, bu bakteriyalar heyvana daxil olur və heyvanda xəstəlik törədir: “Ev heyvanları bu xəstəliyə həssas olur və ev heyvanlarından da insana yoluxur”.

Mərdan Əliyev sözlərinə belə davam edib: “Adətən qəssablar heyvanı kəsərkən onun qarayara mikrobları, yəni bakteriyaları insanın əlinə toxunur və kontakt yolu ilə dəridə qarayara xəstəliyi əmələ gəlir. Bu əsasən dərinin açıq yerlərində əllərdə, boyunda müşahidə oluna bilər.

Əslində burada bunun daha ağır forması olan ağciyər və septik formaları var. Amma bizdə çox yayılan dəri formasıdır. Ümumiyyətlə, 99 faizə qədər hallarda dəri formasına rast gəlinir. Yara olur, sağalmır, qara kömür kimi olur. Ona görə buna qarayara deyirlər və antibiotiklərlə müalicə olunub sağalan bir xəstəlikdir.

Təbii ki təhlükəli xəstəlik hesab olunur. Buna görə xəstəliyin qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir. Heyvanlar müayinə və müalicə olunmalıdır. Yəni sanitariya baytarlıq nəzarəti sistemi gücləndirilib, xəstə heyvanların aşkar olması və onların müalicə olunması, yəni aradan qaldırılması kimi halları ehtiva edir”.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37