Qarpızla dolu yük maşını dərəyə aşdı: Xəsarət alan var – FOTO

Qarpızla dolu yük maşını dərəyə aşdı: Xəsarət alan var – FOTO

Şamaxıda yol qəzası baş verib.

TEMPİNFO Azərtac-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, Kürdəmirdən Şamaxı istiqamətində hərəkətdə olan yük avtomobili yoldan çıxaraq aşıb və dərəyə yuvarlanıb.

Qəza nəticəsində qarpız dolu yük avtomobili yararsız hala düşüb.

Hadisədən sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və sərnişin Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37