Qasım Süleymanini əvəz edən generalla da əlaqə kəsilib

Qasım Süleymanini əvəz edən generalla da əlaqə kəsilib

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds korpusu xüsusi təyinatlılarının komandiri İsmayıl Kaani ilə əlaqənin kəsildiyi bildirilir.

TEMPİNFO Reuters-ə istinadən xəbər verir ki, İsrailin Hizbullah hərəkatının lideri Həsən Nəsrullahın ölümü ilə nəticələnən zərbəsindən sonra iranlı general barədə məlumat yoxdur.

Onun ağır xəsarət alıb-almaması və ya ölümü ilə bağlı konkret məlumat əldə edilməyib.

İran hakimiyyəti əvvəllər Beyrutda Nəsrullahla birlikdə olan SEPAH komandirinin müavini general Abbas Nilforuşanın öldüyünü açıqlayıb.

Kaaninin “Hizbullah”ın baş katibi və Nilforuşan ilə eyni binada olması barədə heç bir məlumat yoxdur.

Bundan əlavə, o, İranın ali lideri Əli Xamaneyinin sonuncu cümə namazında gözə dəyməyib.

Xatırladaq ki, İsmayıl Kaani SEPAH-ın keçmiş komandiri Qasım Süleymaninin avia zərbələr nəticəsində ölümündən sonra sözügedən vəzifəyə təyin edilmişdi.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37