Qazilər bu həcmdə müavinət ala biləcəklər, qocalıq müavinəti isə… – ŞAD XƏBƏR
- CƏMİYYƏTSON XƏBƏR
- 06.08.2024 15:27
“Orta aylıq əməkhaqqının artırılması digər amillərə mütləq təsir edir. Eyni zamanda minimum əməkhaqqı və digər sosial ödənişlərin artırılması məsələsi də gündəmdədir. Müharibə veteranlarına ödənilən 80 manatlıq ödənişin iki dəfə artırılıb 160 manata çatdırılması da təkliflər arasındadır”.
TEMPİNFO xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Əli Məsimli deyib.
O qeyd edib ki, müharibə iştirakçılarına aldıqları 80 manatlıq ödənişin üzərinə 100 manat da əlavə etməklə bu ilin oktyabrından bu həcmdə müavinətin verilməsi mümkündür:
“Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara görə, ölkəmizdə minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizinə çatdırılmalıdır. Hökumət bunu hədəf kimi götürüb. Məhz mərhələlərlə minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizinə çatdırılması istiqamətində addımlar atılmaqdadır”.
Millət vəkili hesab edir ki, hazırda ölkəmizdə minimum əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti 34-35 faiz səviyyəsindədir:
“345 manat səviyyəsində olan minimum əməkhaqqının artırılması artıq vacib amillərdən biridir. Bununla müqayisədə isə ölkədə orta aylıq əməkhaqqı artıq 1000 manatlıq səviyyəni keçib. Belə olduğu halda atılacaq addımlar nəticəsində minimum əməkhaqqının 600 manata qədər çatdırılması nəzərdə tutulur”.
Əli Məsimliyə görə, minimum əməkhaqqının səviyyəsini bu həddə çatdırmaq hökumət üçün çətinliklər yaradarsa, bunu mərhələlərlə etmək mümkündür:
“Ölkədə qurulmuş pensiya mexanizminə də yenidən baxılması vacibdir. Çünki pensiya kapitalının həcmi getdikcə artır. Minimum pensiya məbləği böyükdükcə başqa göstəricilər yaranır. Beləliklə, qısa zamanda pensiya kapitalı 28,8 manatdan, 40 min manata yüksəlir. Bununla da pensiya yaşı çatan insanların bir hissəsi həmin kapitalı toplaya bilmədiyinə görə onlar qocalıq müavinəti almalı olur. Qocalıq müavinətinin səviyyəsi isə bir şəxsin minimum tələbatını ödəməyə imkan vermir”.
TEMPİNFO