Həyatını itirən polis kapitanı məşhur müğənninin dayısıoğlu imiş – FOTO
- CƏMİYYƏTSON XƏBƏR
- 24.06.2024 13:12
Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən Rövşən Allahverdiyevin silahdan açdığı atəşlə həyatını itirən 3 polisdən biri tanınmış müğənninin qohumudur.
TEMPİNFO xəbər verir ki, polis kapitanı Məmmədov Eldəniz müğənni Elnar Xəlilovun dayısıoğludur.
Bu barədə Elnar sosial şəbəkələrdə yazıb.
Müğənni dayısı oğlu ilə sonuncu dəfə dünən görüşdüklərini və ona yenicə mayor rütbəsi verildiyini bildirib.
Xatırladaq ki, paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Həmin şəxs 3 polis əməkdaşını və 1 mülki vətəndaşın həyatına son qoyub.
Onlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur. Vəfat edən serjantlar DİN-in Çevik Polis Alayının əməkdaşları olub.
TEMPİNFO