Qəzada ölən imam Qarabağ haqda nələr demişdi? – VİDEO

Qəzada ölən imam Qarabağ haqda nələr demişdi? – VİDEO

Mayın 19-da helikopter qəzasında həyatını itirən Təbrizin cümə imamı Məhəmməd Əli Al-Haşimin Türkiyə kanalına müsahibəsi zamanı Qarabağ haqda dedikləri yenidən gündəmə gəlib.

TEMPİNFO xəbər verir ki, bu barədə teleqram kanallarında görüntülər yayılıb.

Belə ki, o, sözügedən müsahibəsində Qarabağın Azərbaycan torpağı və Azərbaycana qaytarılmalı olduğunu deyib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37