Qusarda icra başçısı kollektivə təqdim olundu

Qusarda icra başçısı kollektivə təqdim olundu

Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Sahir Məmmədxanov iyulun 8-də Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

S.Məmmədxanov ona göstərilən etimada görə minnətdarlıq edib.

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37