“Quska” ilə bağlı qərar verildi
- ÖLKƏSON XƏBƏR
- 22.06.2024 16:13
Yenidən cinayət məsuliyyətinə cəlb edilən “Quska” ləqəbli sabiq deputat Hüseyn Abdullayevin həbsdə saxlama müddəti uzadılıb.
TEMPİNFO qafqazinfo-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.
Hakim ilkin istintaq hərəkətlərinin aparılmasına hər hansı maneə yaradılmaması üçün H.Abdullayevin həbs müddətinin 3 ay uzadılmasına qərar verib.
Məlumatı “Quska”nın vəkili Ceyhun Yusifov təsdiq edib. Vəkil qərardan tam narazı qaldıqlarını, yaxın günlərdə apellyasiya şikayəti verəcəklərini əlavə edib.
Qeyd edək ki, bu yaxınlarda 6 illik həbs müddəti başa çatan Hüseyn Abdullayevə qarşı yeni ittiham irəli sürülüb. O, bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir.
TEMPİNFO