“Rahat” marketdə endirimdə olan məhsul müştəridən əvvəlki qiyməti ilə çıxılıb – Mağazalar şəbəkəsindən AÇIQLAMA

“Rahat” marketdə endirimdə olan məhsul müştəridən əvvəlki qiyməti ilə çıxılıb – Mağazalar şəbəkəsindən AÇIQLAMA

“Rahat” marketdə endirimdə olan məhsulun qiyməti müştəridən əvvəlki qiyməti ilə çıxılıb. 

TEMPİNFO Pravda.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə şikayət ünvanlayan Səbinə Qasımova adlı müştəri bildirib ki, dəfələrlə “Rahat” marketdə bu halla rastlaşıb.

“Rəflərdə bir qiymət, qəbzdə başqa qiymət. Endirimdə məhsulun qiyməti 2.80-dən 2.39-a düşüb. Amma qəbzdə 3 manat və 3.10 manat çıxılır. Bu necə olur? “Oba” market də “Rahat”dan geri qalmır”, – o bildirib.

Pravda.az məsələ ilə bağlı “Rahat” marketə sorğu ünvanlayıb.

Saytımıza verilən açıqlamada bildirilib ki, endirim qiymətləri dəyişdirilib, sadəcə əməkdaş ona verilən qiymətləri bir çox rəfdə düzəldib, lakin müştərinin aldığı məhsula düzəliş etməyib:

“Buna görə ümumi satış rəhbərliyi tərəfindən həmin mağazanın rəhbəliyi və işçisindən izahat alıb. Bu, satıcı və mağaza rəhbərliyinin səhlənkarlığıdır”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37