Yuxarı qayıt

close
Ramos “Yuventus”a keçə bilər

Ramos “Yuventus”a keçə bilər

“Sevilya”dan ayrılan Serxio Ramos hələ də özünə yeni klub tapa bilməyib.

TEMPİNFO xəbər verir ki, 38 yaşlı müdafiəçi bir neçə klubla danışıqlar aparır. Lakin onlardan yalnız “Yuventus” Ramosu transfer etməkdə israrlıdır.

Xatırladaq ki, 38 yaşlı Ramos 2023-cü ilin yayında azad agent kimi “Sevilya”ya qayıtmışdı. Ötən mövsüm müdafiəçi komandanın heyətində bütün turnirlərdə 37 oyun keçirib və 7 qol vurub. Bu yay futbolçunun komanda ilə müqaviləsi başa çatıb.

İspaniya millisinin sabiq futbolçusu bundan əvvəl “Real Madrid” və “Paris Sen-Jermen”də də çıxış edib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37