Rasim Balayev “Nəsimi” filmində özünə aid bu səhnədə niyə çəkilməyib? – VİDEO

Rasim Balayev “Nəsimi” filmində özünə aid bu səhnədə niyə çəkilməyib? – VİDEO

Xalq artisti Rasim Balayev illər sonra çəkildiyi “Nəsimi” filmi ilə bağlı danışıb.

TEMPİNFO xəbər verir ki, “Zarafat bir yana” şousuna qonaq olan aktyor ekran işindəki Nəsiminin ayağının dərisinin soyulduğu səhnədən danışıb.

Xalq artisti qeyd edib ki, həmin vaxt özü çəkiliş meydanında olmayıb və onun yerinə işıqçının ayağını çəkiblər.

Aktyor yaxınlıqda yerləşən bazarda sərin qarpız alıb yeməyə gedibmiş…

Xatırladaq ki, “Nəsimi” 1974-cü ildə çəkilib. Rejissor Həsən Seyidbəylinin dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsimi haqqında filmidir.

Ətraflı videoda:

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37