Rauf Əliyev və müavinləri ötən il nə qədər qazanıb? – MƏBLƏĞ

Rauf Əliyev və müavinləri ötən il nə qədər qazanıb? – MƏBLƏĞ

2023-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) rəhbərliyinə ümumilikdə 874 min manat həcmində ödəniş edilib.

TEMPİNFO İqtisadiyyat.az-a istinadən xəbər verir ki, ASCO rəhbəri Rauf Əliyevə və müavinlərinə ümumilikdə 2022-ci ilə nisbətən 28% çox ödəniş olunub.

Başqa sözlə, bir ildə ASCO rəhbərliyinin gəlirləri 189 min manat artıb. Qeyd edək ki, 2022-ci ildə QSC rəhbərliyinin gəlirləri 685 min manat təşkil edib.

2023-cü ildə ASCO rəhbərliyinin aylıq əməkhaqqısı isə 72,8 min manat təşkil edib.

Qeyd edək ki, hazırda ASCO rəhbərliyinə sədr Rauf Əliyevlə yanaşı, birinci müavin Mübariz Cabbarov, müavinləri – Cəlal Fərəcov, Nəzrəddin Əhmədzadə, Zaur Nağıyev, Tariyel Mirzəyev və Cəbrayıl Mahmudlu daxildir.

Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100% dövlətə məxsusdur.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37