“Real” Mbappeni təqdim etdi – VİDEO

“Real” Mbappeni təqdim etdi – VİDEO

Fransa millisinin hücumçusu Kilian Mbappe “Real” ilə müqavilə imzalayıb.

TEMPİNFO İspaniya mətbuatına istinadən xəbər verir ki, klub bu gün “Santyaqo Bernabeu” stadionunda forvard üçün təntənəli təqdimat mərasimi keçirib.

Mərasimdə 75.000-dən çox tamaşaçı və “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan iştirak ediblər.

Futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, klubda 9 nömrəli formada çıxış edəcək.

Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edirdi. İyunun 3-də “Real” Mbappeni transfer etdiyini açıqlayıb. Futbolçu kluba azad agent kimi keçib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37