Rəisinin cənazəsində diqqət çəkən detal – FOTO

Rəisinin cənazəsində diqqət çəkən detal – FOTO

Helikopter qəzaya uğraması nəticəsində həlak olan İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onunla birlikdə 6 nəfərin dəfn mərasimində bir detal diqqət çəkib.

Ölkə.Az xəbər verir ki, “Associeted Press”in (AP) çəkdiyi görüntülədiyi görüntülərdə rəsmilərin tabutlarının İran bayrağına büküldüyü görülür.

Yalnız 2 tabutun üzərinə qara çadra qoyulması xarici mətbuat nümayəndələri üçün maraq doğurub.

AP çadraların mərhumun Məhəmməd peyğəmbərin soyundan gəldiyini göstərmək üçün qoyulduğunu yazıb.

Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37