![Rəşad Dağlının qətl törətdiyi avtomobil satışda – VİDEO](https://tempinfo.az/wp-content/uploads/2024/06/resad-daglinin-qetl-toretdiyi-avtomobil-satisda-jpg.webp)
Rəşad Dağlının qətl törətdiyi avtomobil satışda – VİDEO
- CƏMİYYƏTSON XƏBƏR
- 10.06.2024 14:31
Həbsdə olan meyxanaçı Rəşad Dağlının (Əmirov) avtomobili yenidən satışa çıxarılıb.
TEMPİNFO xəbər verir ki, 2017-ci il istehsalı olan “Niva” markalı avtomobil Hövsan maşın bazarında 17 min manata təklif edilib.
Xatırladaq ki, bir müddət əvvəl bu avtomobil başqa şəxsə satılıb.
Onu da qeyd edək ki, Rəşad Dağlı İsgəndər Mehdiyevi məhz bu avtomobildə qətlə yetirib.
TEMPİNFO bazarda çəkilmiş görüntüləri təqdim edir:
lent.az