Ronaldo ilə Corcina ailə qurub?

Ronaldo ilə Corcina ailə qurub?

“Əl-Nəssr”də çıxış edən ulduz futbolçu Kriştianu Ronaldo sevgilisi Corcina Rodrigesi ilk dəfə “həyat yoldaşı” olaraq təqdim edib.

TEMPİNFO xəbər verir ki, idmançı bunu fitnes brendi üçün çəkdirdiyi yeni videosunda bildirib.

Bu isə onların evli olmaları haqda iddiaya səbəb olub.

“People” jurnalı Ronaldonun nümayəndəsindən məşhur futbolçunun evli olub-olmadığını soruşub. Təmsilçi “hazırda Kriştianunun Corcina ilə evli olub-olmadığı barədə məlumatım yoxdur”, – deyə cavab verib.

Qeyd edək ki, K.Ronaldo Corcina ilə 7 ildir birlikdədir. Cütlüyün Alana və Bella adlı iki qızı var. Ronaldonun digər uşaqları isə surroqat anadan dünyaya gəlib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37