Ronaldu vəd verdi

Ronaldu vəd verdi

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu Pro Liqanın 2023/2024 mövsümü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Fanat.Az xəbər verir ki, 39 yaşlı forvard növbəti “futbol ili”ndə daha güclü olacaqlarını bildirib:

“Oynayın, öyrənin, inkişaf edin. Dəstəyiniz üçün hər birinizə təşəkkürlərimi çatdırıram. Biz daha güclü qayıdacağıq!”

Xatırladaq ki, Ronaldu “Mançester Yunayted”dən ayrılaraq 2023-cü ilin yanvarında azad agent qimində “Əl-Nəsr”ə qoşulub. Son mövsümdə Ər-Riyad klubunun forması ilə bütün turnirlərdə 45 matça çıxan portuqaliyalı superulduz 44 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı onun transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37