Rusiya baş naziri Tehranda, gündəlikdə Zəngəzur dəhlizi məsələsi var
- SİYASƏTSON XƏBƏR
- 30.09.2024 18:40
Rusiyanın baş naziri Mixail Mişustin İranda rəsmi səfərdədir və o, səfər zamanı ölkənin ali rəhbərliyi ilə danışıqlar aparacaq.
TEMPİNFO xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində tərəflər Rusiya-İran ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığının bir sıra məsələlərini, o cümlədən nəqliyyat, sənaye, enerji, təhsil və digər sahələrdə iri birgə layihələrin həyata keçirilməsini müzakirə edəcəklər.
Bəzi Rusiya və İran mediasının yazdığına görə, görüşlərdə Şimal-Cənub nəqliyyat çərçivəsində son vaxtlarda iki ölkə arasında ciddi fikir ayrılığına səbəb olan Zəngəzur dəhlizi məsələsi də müzakirə olunacaq. Rusiya baş naziri Zəngəzur dəhlizi ilə bağlı Kremlin mövqeyini bir daha Tehranın diqqətinə çatdırıb bu məsələdə ümumi konsensusa gəlmək istiqamətindəki addımlar müzakirə olunacaq.
TEMPİNFO