Rusiya və Ukrayna arasında daha 95 əsir dəyişdirildi

Rusiya və Ukrayna arasında daha 95 əsir dəyişdirildi

95 rusiyalı hərbçi danışıqlar prosesi nəticəsində Ukrayna əsirliyindən geri qaytarılıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi Telegram kanalı məlumat yayıb.

“Azad edilən hərbi qulluqçular Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat təyyarələri ilə Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Moskvaya aparılıb”, – məlumatda deyilir.

Qeyd olunur ki, bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 95 hərbi əsiri Ukrayna tərəfinə təhvil verilib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37