Rusiyanın sorğusu əsasında BAKIDA ƏMƏLİYYAT: Timur Qarayev tutuldu

Rusiyanın sorğusu əsasında BAKIDA ƏMƏLİYYAT: Timur Qarayev tutuldu

Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxs Bakıda saxlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, 44 yaşlı Timur Qarayev Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinir.

Rusiya hüquq-mühafizə orqanları Timur Qarayevin barəsində dövlətlərarası axtarış elan edib.

O, Rusiya sərhədlərini tərk etdiyi üçün onun saxlanılması barədə Azərbaycan hüquq-mühafizə orqanlarına da sorğu göndərilib.

Azərbaycan polisinin Rusiya tərəfinin sorğusu əsasənda həyata keçirdiyi araşdırmalar zamanı Timur Qarayevin Bakı şəhərində olması müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan, 1980-ci il təvəllüdlü Timur Qarayev Bakı şəhəri ərazisində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə təhvil verilib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37