Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

Azərbaycanda iyulun 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən TEMPİNFO-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntı kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək, səhər və gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 30-34° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan aşağı – 753 millimetr civə sütunundan 756 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

İyulun 21-də Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, səhər və gündüz bəzi yerlərdə arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 26-27° isti, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıxda 27-28° isti olacaq.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 30-35° isti, dağlarda gecə 13-18°, gündüz 18-23° isti olacağı bildirilir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37