Sabah Şəriəti karyerasını bitirdi
- İDMANSON XƏBƏR
- 07.08.2024 11:41
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti karyerasını başa vurub.
Bu barədə TEMPİNFO-ya Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
35 yaşlı pəhləvan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra güləşlə vidalaşıb. O, Paris-2024-ü beşinci yeri tutaraq medalsız qalıb.
Qeyd edək ki, Sabah Şəriəti 2016-cı ildə Rio-de-Janeyrodakı olimpiadada bürünc mükafat əldə edib. Təcrübəli idmançı 2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdəki Avropa çempionatında gümüş medal qazanmışdı.
TEMPİNFO