Sabir Rüstəmxanlının partiyasından 3 nəfər imzatoplama kampaniyasına başladı
- CƏMİYYƏTSON XƏBƏR
- 08.07.2024 17:56
VI çağırış Milli Məclisin deputatı Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasından 3 nəfərin deputatlığa namizədliyinin irəli sürülməsi Dairə Seçki Kommisyası (DSK) tərəfindən təsdiq edilib.
TEMPİNFO xəbər verir ki, bu barədə partiyadan bildirilib.
Belə ki, partiyanın Biləsuvar rayon təşkilatının sədri Meharet Agayevin 69 saylı Biləsuvar seçki dairəsindən, partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü Azər Hüseynovun 9 saylı Binəqədi ikinci seçki dairəsindən, partiyanın Lerik rayon təşkilatının sədr müavini Etibar Yusubovun 80 saylı Lerik-Astara seçki dairəsindən namizədliyinin irəli sürülməsi təsdiq olunub.
Onlar artıq imzatoplama kampaniyasına başlayıb. modern.az
TEMPİNFO