Sabunçuda 2 nəfərdə 7 kq narkotik aşkarlandı

Sabunçuda 2 nəfərdə 7 kq narkotik aşkarlandı

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 29 yaşlı Emil İskəndərov və 38 yaşlı Fazil Əfəndiyev saxlanılıblar.

DİN-in mətbuat xidmətindən TEMPİNFO-ya verilən xəbərə görə, onlardan 7 kiloqramdan artıq narkotik vasitə olan heroin, marixuana və metamfetamin aşkarlanıb. Saxlanılanlar narkotikləri paytaxt ərazisində təyin olunan ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar.

Həmçinin, bölmə əməkdaşlarının cari ilin 9 ayı ərzində həyata keçirdikləri tədbirlərlə ümumilikdə 45 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 4 “Makarov” tapançası, 1 “Kalaşnikov” avtomatı, 5 daraq və 30-dan çox patron əməliyyat yolu ilə aşkarlanıb.

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37