Sadə çay niyə 50 manata başa gəlir? – Video

Sadə çay niyə 50 manata başa gəlir? – Video

Bəzi iaşə obyektlərində müştəriyə sadə çay verilmir. Restorana getdinsə, şirniyyatsız çay içə bilməzsən.

Belə hallar zaman-zaman bir çoxumuzun başına gəlir. Maraqlıdır, görəsən, bu cür vəziyyətlərdə nə etmək lazımdır? Ümumiyyətlə, restoranlarda müştərilərə xidmət necə təşkil olunmalıdır?

TEMPİNFO.AZ xəbər verir ki, turizm üzrə ekspert Rəhman Quliyev Xəzər TV-yə bildirib ki, restoranlarda hər bir vətəndaşa individual yanaşılmalıdır. O, həmçinin bu yanaşmanın təkcə yerli sakinlərə deyil, turistlərə qarşı göstərilməsinin də vacibliyini vurğulayıb:

“Restoran sahibi bir investordur. restoranın şəbəkədaxili bir qaydaları ola bilər, amma təbliğat şəklində, təşviq formasında biz bunu aradan qaldırmağa müvəffəq olmalıyıq.

Bu gün 1 çay deyək ki 3-5 manatdan qiymətləndirilir, amma onun ətrafında olan çay seti 50 manatdan yuxarı çıxır”.

Vəkil Kamandar Hüseynov isə deyir ki, göstərilən xidmətin növü, çeşidi, forması və qiyməti müştəriyə istər menyu, istərsə də elan şəklində açıq bəyan edilməlidir:

“Hər hansı vətəndaş əgər bəyan edilən təklifi qəbul edib restorana daxil olursa, orada hər hansı bir xidmətdən, sifarişdən istifadə edirsə, burada artıq müqavilə ikitərəfli qaydada bağlanmış sayılır və həmin müqavilədən kənar şəkildə xidmət sahəsində çalışan şəxsin digər şərtlər irəli sürməsi qanundan kənar bir haldır. Bu təcrübə təəssüf ki azərbaycanda formalaşıb”.

Vəkil bildirir ki, vətəndaşlar bu kimi hallarda hüquqlarının pozulması ilə bağlı İstehlakçı Hüquqlarının Müdafiəsi və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər.

Kamandar Hüseynov qeyd edir ki, Azərbaycandan fərqli olaraq, Avropa ölkələrində belə bir qayda yoxdur və insanlara bu sahədə geniş seçim verilir. Yəni restoranlarda müştəriyə bir məhsulun yanında digər təamı sifariş vermək məcbur edilmir.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37