“Şahdağ”ın qarsıxıcı maşınları sıradan çıxıb: 200 min xərcləndi

“Şahdağ”ın qarsıxıcı maşınları sıradan çıxıb: 200 min xərcləndi

“Şahdağ Turizm Mərkəzi” QSC-nin qarsıxıcı maşınlarının bəziləri sıradan çıxıb.

TEMPİNFO-nun məlumatına görə, sıradan çıxmış ehtiyat hissələrin alınması üçün “Mountain Resorts Solutions” LLC şirkəti arasında müqvilə imzalanıb.

Müqaviləyə əsasən, 115 min 177 avro 93 sent (209,864 manat) məbləğində xarici şirkətə ödəniş ediləcək.

Eyni zamanda, turizm mərkəzi “Jenbacher” markalı qaz generatorlar üzrə servis xidməti ilə bağlı 9 min 046 avro 67 sent (16,482 manat) xərcləyib.

“Şahdağ” QSC bununla əlaqədar “Topkapı Endüstri Malları Ticaret A.Ş” şirkəti ilə müqavilə bağlayıb.

Bundan əlavə, turizm mərkəzi və “OMNİTECH” MMC arasında mövcud 18 smart aparatı üçün NMQ üzrə operator xidmətinin (token) göstərilməsi ilə əlaqədar 5 min 670 manat məbləğində razılaşma əldə edilib.

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37