Sahil Babayevin müşayiət olunması maraq doğurdu – VİDEO

Sahil Babayevin müşayiət olunması maraq doğurdu – VİDEO

Sosial şəbəkələrdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin hansısa binadan çıxaraq, öz xidməti avtomobilinə doğru getməsini əks etdirən video yayımlanıb. Kadrlardan görünür ki, naziri 7-8 nəfər avtomobilinə qədər yola salır.

Ətrafda 6-7 polis əməkdaşı, avtomobilin yanında isə Yol Patrul Xidmətinin əməkdaşları görünür.

DİN serjantları və Fövqəladə Hallar Nazirliyinin zabitləri nazirə hərbi salam verir.

Görüntülər sosial şəbəkədə maraqla qarşılanıb.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37