Şahruddin Məhəmmədəliyev “Qarabağ” klubuna transfer oldu

Şahruddin Məhəmmədəliyev “Qarabağ” klubuna transfer oldu

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev “Qarabağ” klubuna transfer edilib.

TEMPİNFO xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubla qolkiper arasında 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Şahruddinin son klubu “Adana Demirspor” olub.

Məhəmmədəliyev 2016-23-cü illərdə “Qarabağ”ın formasını geyinib. O, 2023-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib.

Xatırladaq ki, Şahruddin “köhlən atlar”la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

O, Azərbaycan milli komandasında 29 oyun keçirib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37