“Samsung”un 3 modeli tarixə qovuşur

“Samsung”un 3 modeli tarixə qovuşur

“Samsung” bəzi modelləri üçün proqram təminatı yeniləmə dəstəyini dayandırır.

“Ölkə.Az”ın məlumatına görə, bu dəfə 2020-ci ildə buraxılan üç model yeniləmə almayacaq.

Belə ki, proqram yeniləmə dəstəyi 2024-cü ildə başa çatan “Samsung” modelləri “Samsung Galaxy A51 5G”, “Samsung Galaxy A41” və “Samsung Galaxy M01” olacaq.

Qeyd edək ki, proqram təminatının yeni versiyaları təhlükəsizlik zəifliklərini aradan qaldırır, performans təkmilləşdirmələrini təmin edir və yeni funksiyalar əlavə edir. Yeniləmə dəstəyi olmadan cihazlar zamanla daha həssas olur və performans problemləri ilə üzləşə bilir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37