Santuş millinin heyətini nə vaxt açıqlayacaq?
- İDMANSON XƏBƏR
- 02.10.2024 18:45
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun növbəti mətbuat konfransı keçiriləcək.
TEMPİNFO xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, portuqaliyalı mütəxəssis oktyabrın 4-də media nümayəndələrinin suallarını cavablandıracaq. Saat 11:00-da AFFA-nın inzibati binasında baş tutacaq konfrans zamanı Santuş yığmamızın heyətini açıqlayacaq.
Qeyd edək ki, millimiz Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Tallində Estoniya, 14-də Bakıda Slovakiya yığması ilə qarşılaşacaq.
TEMPİNFO