![Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib](https://tempinfo.az/wp-content/uploads/2024/07/seferberlikxidmetitempinfoaz-jpg.webp)
Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib
- HADİSƏSON XƏBƏR
- 03.07.2024 14:11
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) 218 əməkdaşı məsuliyyətə cəlb edilib.
Bu barədə TEMPİNFO-ya Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin I yarımilliyində isə 140 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.
2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 25 fakt üzrə 47 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.