Şəhid atası icra başçısından xahiş etdi: Arzusu həyata keçdi – VİDEO

Şəhid atası icra başçısından xahiş etdi: Arzusu həyata keçdi – VİDEO

Beyləqan rayonunun Kəbirli kəndində yaşayan şəhid atasının arzusu həyata keçib.  

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Şəhid Sakit Həsənovun atası Saleh Həsənov rayonun yeni icra başçısı Əziz Əzizovdan kənd yollarını təmir etməyi xahiş edib.

Şəhid atası bildirib ki, iyulun 8-də Beyləqan rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Əziz Əzizov onun müraciətinə adekvat reaksiya verib. Yeni icra başçısı kənd yollarının təmir olunması üçün dərhal müvafiq qurumları hərəkətə keçirib. Qısa müddət ərzində Kəbirli kəndinin yolları təmir olunub, ərazidə abadlıq işləri aparılıb.

Şəhid atası Saleh Həsənov müraciətinə həssas yanaşan icra başçısı Əziz Əzizova sosial şəbəkə vasitəsilə təşəkkür edib.

Aytac Şahin 

Həmin görüntüləri təqdim edirik:

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37