Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Səbuhi Süleymanov dəfn edilib

Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Səbuhi Süleymanov dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Səbuhi Yamən oğlu Süleymanovlə Şəki rayonunun Cəfərabad kəndində vida mərasimi keçirilib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Şəki rayonunun Cəfərabad kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Şəki Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Səbuhi Yamən oğlu Süleymanov 1972-ci ildə Şəki rayonunun Cəfərabad kəndində anadan olub. O, 1992-ci ilin noyabr-dekabr aylarında Ağdərə rayonu ərazisində itkin düşüb.

 

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37